xebermen.az

Külli miqdarda narkotikin İrandan Azərbaycana gətirilməsinin qarşısı alındı

13-04-2025, 16:58

 

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirilməsinin qarşısı alınıb.

Bu barədə DSX-dən bildirilib.

Belə ki, aprel ayının 8-də Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində naməlum hədəf müəyyən olunaraq təqib edilib. Sərhəd gəmilərinin təqibindən yayınan hədəf İran İslam Respublikasının ərazi sularına geri qayıdıb.

Əraziyə baxış keçirilərkən qaçaqmalçılar tərəfindən dənizə atılmış bağlamada ümumi çəkisi 12 kq 450 qram nаrkоtik vasitə marixuana və 450 ədəd metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031