xebermen.az

Tramp ABŞ-ın rüsumlardan əldə etdiyi gəlirləri AÇIQLADI

13-04-2025, 10:28

 

ABŞ yeni tariflər sayəsində gündəlik 3 milyard dollara qədər qazanır.

Bunu ABŞ Prezidenti Donald Tramp öz təyyarəsində Ağ Evin mətbuat camiəsinin jurnalistlərinə açıqlamasında deyib.

"Rüsumlarla bağlı durum çox yaxşı vəziyyətdədir. İnflyasiya aşağı düşür. Amerikalıların daha çox pulu var, ölkənin daha çox pulu var. Son bir neçə həftədir ki, gündə 2-3 milyard dollar qazanırıq", - Tramp deyib.

"Politico" 15-dən çox ölkənin diplomatları ilə söhbətlərə əsaslanaraq belə qənaətə gəlib ki, ABŞ-ın beynəlxalq ticarət tərəfdaşları idxal rüsumları tətbiq edən Amerika administrasiyasının məqsədlərini başa düşmürlər.

Həm Asiya-Sakit Okean regionundan, həm də Avropa İttifaqından olan diplomatik mənbələr Tramp administrasiyasının tariflərindən narahat olduqlarını bildirərək, Ağ Evin motivasiyalarının aydın olmadığını bildiriblər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930