xebermen.az

Bakı ilə saziş imzalanmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır - Rəsmi İrəvan

12-04-2025, 21:54

 

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, ATƏT-in Minsk Qrupu İrəvanla Bakı arasında sülh sazişi imzalandıqdan sonra buraxıla bilər.

O, bu barədə Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla müzakirə zamanı bildirib.

Müzakirə zamanı Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsi imzalanması yolunda iki maneə olduğunu bildirib. O, ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan Konstitusiyasının dəyişdirilməsinin zəruriliyini bir daha vurğulayıb.

Öz növbəsində, Mirzoyan ATƏT-in Minsk qrupunun formatı ilə bağlı İrəvanın mövqeyini açıqlayıb.

"Münaqişə yoxdur, amma kağız üzərində razılaşma yoxdur. Həll yolu bizə bəllidir. Biz saziş imzalamalıyıq, elə həmin gün də Minsk strukturunu ləğv etməliyik", - Mirzoyan vurğulayıb.

Yada salaq ki, Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin həlli üçün yaradılıb.

Bu ilin martında Bakı və İrəvan sülh sazişinin mətni üzrə müzakirələri başa çatdırıblar. Ermənistan Azərbaycanın son olaraq iki bənd üzrə təkliflərini də qəbul edib. İndi İrəvan öz konstitusiyasına dəyişiklik etməlidir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930