xebermen.az

Gecə yemək yeyənlərin diqqətinə: bu xəstəliyə tutula bilərsiniz

12-04-2025, 21:40

 

Yeni araşdırmaya əsasən, gecə saatlarında yemək yeyənlərin ürək xəstəliyinə tutulma riskinin daha çox olduğu ortaya çıxıb.

Bu barədə “Brigham and Women’s” xəstəxanasının Tibbi Xronobiologiya Proqramının direktoru Frank A.J.L. Scheer tədqiqat aparıb.

Tədqiqatda 20 sağlam gənc iştirakçı zaman anlayışı ilə əlaqələrini kəsmək üçün pəncərəsiz və texnologiyasız bir mühitdə saxlanılıb.

İştirakçılar “sabit rutin protokol” kimi tanınan üsulla 32 saat oyaq qalıblar. Onlar üçün işıq səviyyəsi sabit saxlanılıb və hər saat eyni tərkibli yeməklər verilib.

Onlar gündüz və gecə vaxtı yemək yeyənlər olaraq iki qrupa bölünüblər. Aydın olub ki, gündüz vaxtı yemək yeyən qrupda qan dəyərləri sabit qalıb. Gecə yeyənlərdə isə risk faktorları əhəmiyyətli dərəcədə artıb.

Bu da gecə saatlarında yemək yeməyin nə dərəcədə riskli olduğunu ortaya qoyub.

Araşdırma “Nature Communications” jurnalında dərc olunub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031