xebermen.az

Trampın nümayəndəsindən qurxunc təklif - Ukrayna 3 yerə bölünsün

12-04-2025, 10:42

 

Ukraynanı müharibədən sonrakı Berlin nümunəsi ilə Avropa ölkələri ilə Rusiya arasında nəzarət zonalarına bölmək olar.

Bu fikri “The Times” qəzetinə müsahibəsində ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq səsləndirib.

“Siz İkinci Dünya Müharibəsindən sonra Berlində baş verənlərə bənzər bir şey edə bilərsiniz, o zaman Rusiya zonası, Fransa zonası, Britaniya zonası və Amerika zonası var idi.”, - o bildirib.

Kelloq bildirib ki, Britaniya və Fransa qoşunları döyüşlərin qarşısını almaq üçün çəkindirici qüvvə kimi Ukraynanın qərbinə girə bilər. Bu zaman Rusiya ordusu isə Ukraynanın şərqinə nəzarət edəcək.

Onun sözlərinə görə, Ukrayna qüvvələri Avropa və Rusiya qoşunları arasında yerləşdirilə bilər.

Kelloq, həmçinin hazırkı cəbhə xətti boyunca 30 kilometrlik bufer zonanın yaradılmasını da təklif edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930