xebermen.az

Sığortadan pulu gecikənlərin NƏZƏRİNƏ: Təzminat almaq olar - AÇIQLAMA

11-04-2025, 21:14

 

Qəza edən bəzi sürücülər dəymiş zərərin qarşılığını almaq üçün bəzən aylarla gözləməli olurlar. Bir çox zərərçəkən məbləğin az olmasından şikayətlənir. 

Sığorta üzrə mütəxəssiz Emil Ağabağırov bildirib ki, qəza yerinə ilk olaraq yol polis əməkdaşları gəlir.

"Daha sonra avtomobilə dəymiş ziyanı öyrənmək üçün müştəri servisə göndərilir. Servisdə qiymətləndirmə bir neçə gün tuta bilər. Bu həftəsonu və qeyri-iş günlərinə düşəndə isə zaman uzana bilər. Hadisəni təsdiq edən sənədi isə yol polisi göndərir. Bütün sənədlər sığorta şirkətinə təqdim edildikdən sonra 7 iş günü ərzində ödəniş edilir". 

Bəs gecikdirən sığorta şirkətləri ilə bağlı qanun nə deyir? 

"Əgər hadisə nəticəsində alan varsa, müddət bir az uzana bilər. Əgər sığorta şirkəti fərqli səbəblərdən ödənişi gecikdirirsə, qanunvericilikdə bununla bağlı təzminat nəzərdə tutulub. 7 iş günündən sonra yenə gecikmə olarsa, hər günə görə 0.1 faiz nəzərdə tutulur. 

Qeyd edək ki, sözügedən qayda təkcə avtomobil sığorta planı üçün yox, daşınmaz əmlaklar üçün də keçərlidir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930