xebermen.az

Rusiya ilə NATO arasında münaqişə bu tarixdə başlayacaq: Hazırlıq gedir

11-04-2025, 20:15

 

NATO Rusiyaya qarşı aqressiv niyyətlərini gizlətmir və açıq şəkildə münaqişənin mümkünlüyündən danışır, hətta buna hazırlaşır.

Bunu “Əfqanıstan Veteranlarının Rusiya İttifaqı” Ümumrusiya ictimai təşkilatının rəhbəri Frans Klintseviç bəyan edib.

Ekspert qeyd edib ki, NATO Rusiyaya qarşı daha güclü imkanlardan və yanaşmalardan istifadə etmək qərarına gəlib, çünki onlar başa düşüblər ki, bu gün Ukrayna Silahlı Qüvvələri ilə planlaşdırılanları artıq etmək mümkün olmayacaq.

“Aparıcı liderlərin müharibənin əslində 2029-30-cu illərdə başlayacağı ilə bağlı bütün bu danışıqları da boş blef deyil”, - deyən Klintseviç NATO üzv ölkələrinin artıq ictimai rəyi buna hazırlamağa başladığını deyib.

Ekspert qeyd edib ki, bir sıra Avropa ölkələrində Ukraynada Rusiyaya qarşı silahlı qüvvələrin mümkün tətbiqi ilə bağlı fəal hazırlıq gedir. Klintseviç xüsusilə qeyd edib ki, Fransanın hava-desant diviziyasının iki briqadası artıq iki ildir ki, Rumıniya ərazisində yerləşir və onlar Ukrayna ərazisində mümkün hərbi əməliyyatlara hazırlıq və təlim keçirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930