xebermen.az

Lavrovdan İrəvana “sizinlə də məşğul olacağıq” xəbərdarlığı - Sensasion detallar

11-04-2025, 09:43

Rusiya Ermənistana “tezliklə sizinlə məşğul olacağıq” xəbərdarlığını edib.

Bu barədə “Hraparak” nəşri mənbələrinə istinadən yazır.

Xəbərdarlıq xarici işlər naziri Sergey Lavrov tərəfindən edilib. Lavrov aprelin 7-də Rusiyada akreditə olunmuş xarici diplomatlarla görüş keçirib. Moskvada baş tutan görüşdə Avrasiya regionunda təhlükəsizlik məsələləri müzakirə edilib. Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanın da iştirak etdiyi görüşdə Lavrov “NATO ölkələrinin Asiya-Sakit Okeanı regionunda sabitliyi pozmağa yönəlmiş hərəkətlərinə, Yaxın Şərqdəki vəziyyətə, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiyada sabitliyə yaranan təhdidlərə” diqqət çəkib.

Nəşrin əldə etdiyi məlumata görə, Lavrov görüşdə Ermənistana xəbərdarlıq edib.

“Lavrovun Arsenyanla münasibətləri çox yaxşı olsa da, xəbərdarlığı kifayət qədər sərt olub. Bildirib ki, tezliklə Rusiya-Ukrayna müharibəsindən istifadə edərək Qərbin təsir dairəsini Moskvaya qarşı genişləndirən region ölkələri ilə məşğul olacaqlar. O, bu məsələdə Ermənistanın adını xüsusilə çəkib”, - nəşr yazır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930