xebermen.az

"Samsung"un yeni smartfonu yalnız iki ölkədə satışa çıxarılacaq

9-04-2025, 22:01

 

Samsungun ultra nazik smartfonu yalnız iki ölkədə - Çin və Cənubi Koreyada satışa çıxarılacaq.

Bu barədə "GizmoChina" nəşri məlumat yayıb.

Məlumata görə, "Samsung Galaxy S25 Edge" yalnız Çin və Cənubi Koreyada məhdud sayda buraxılacaq.

Nüfuzlu insayder "Ice Universe" bunu "Samsung"un bazarın çox qeyri-adi flaqmana reaksiyasını yoxlamaq istəyi ilə bağlı ola biləcəyini bildirib. Çünki bu telefonun xüsusiyyətləri yüksək səviyyəli cihazla bağlı ənənəvi gözləntilərə tam uyğun gəlmir.

Qeyd edək ki, bundan əvvəl həmin modelin mayın 13-də təqdim ediləcəyi gözlənilirdi.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031