xebermen.az

Şərqi Zəngəzuru Naxçıvanla birləşdirilməsi üçün YENİ ANLAŞMA

8-04-2025, 19:11

 

Şərqi Zəngəzuru İrandan keçməklə Naxçıvanla birləşdirəcək elektrik verilişi xətti tikiləcək.

Bu barədə bu gün Baş nazirin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeq arasında keçirilən geniş tərkibli görüşdə bildirilib.

Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək elektrik verilişi xəttinin tikintisinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət etməklə yanaşı, ölkələrimiz arasında elektroenergetika sahəsində əməkdaşlığın möhkəmlənməsinə də böyük töhfələr verəcəyinə əminlik ifadə olunub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930