xebermen.az

Almaniyanın ən məşhur gölü quruyur

6-04-2025, 10:11

 

Almaniyanın cənubunda, İsveçrə və Avstriya ilə sərhəddə yerləşən Boden gölü qurumaq təhlükəsi ilə üzləşib.

Göldə suyun səviyyəsi xeyli aşağı düşüb və su sahildən geri çəkilib. Gölün cənub hissəsində suyun səviyyəsi son 40 ilin ən aşağı göstəricisinə çatıb.

Gölün sahilindəki Konstanz şəhərində suyun səviyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 70 santimetr daha aşağıdır. Hazırda suyun dərinliyi 2,73 metrdir. Bu, hazırkı dövr üçün çox aşağı göstəricidir. Konstanzdan təxminən 12 kilometr qərbdə yerləşən Mannenbax limanı tamamilə quruyub.

Ekoloqlar Boden gölünün son illərdə heç vaxt indiki qədər qurumadığını bildirirlər. Onlar gölün son aylarda yağıntıların çox az olması, Alp dağlarında qar örtüyünün zəifliyi və bunun nəticəsində qarın əriməsinin aşağı səviyyədə olması səbəbindən quruduğunu iddia edirlər.

Qeyd edək ki, Avropada daxili su hövzələrində təşkil olunan ən böyük yarışlardan olan “Regatta der Eisernen” 1975-ci ildən etibarən hər il Boden gölündə keçirilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30