xebermen.az

ÜST-dən sarsıdıcı xəbər: Dünya COVID-19-dan təhlükəli pandemiya ilə üz-üzədir

2-04-2025, 17:04

 

Dünya yeni və COVID-19-dan daha təhlükəli xəstəliyin pandemiyası ilə üz-üzədir. Bu, hər an, elə günü sabah baş verə bilər.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təşkilata üzv dövlətlərin səfirlərinin qarşısında etdiyi çıxışda deyib.

Bildirilir ki, Qebreyesus ölkələri pandemiyanın qarşısını almaq üçün razılaşma üzərində işi gücləndirməyə çağırıb. O, Ümumdünya Səhiyyə Təşkilatının pandemiya sazişi üzərində işi finiş xəttinə çatdırmağın vacibliyini vurğulayıb.

Xatırladaq ki, 2021-ci ildə pandemiya ilə bağlı beynəlxalq sazişin hazırlanması üçün danışıqlar orqanı yaradılıb. Ötən il may ayının sonunda növbəti Ümumdünya Səhiyyə Assambleyasında onun səlahiyyətləri uzadılıb. Növbəti assambleya bu ilin may ayında baş tutacaq və burada pandemiya sazişinin nəticələrinə yekun vurulacağı gözlənilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031