xebermen.az

Görün İrəvanda “Azərbaycan torpağında olduğunu” deyən Ogünə hansı maddələrlə iş açılıb

2-04-2025, 16:10

 

Ermənistan İstintaq Komitəsi türk bloger Ogün Özdəmirə qarşı hakimiyyəti ələ keçirməyə çağırışlar ittihamı ilə iş açıb.

Bu barədə “Sputnik Ermənistan”a Ermənistan İstintaq Komitəsi məlumat verib.

Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan türkiyəli blogerin İrəvanda çəkdiyi videoların dərci ilə bağlı cinayət işi açıldığını bildirmişdi.

İstintaq Komitəsi aydınlaşdırıb ki, iş hakimiyyəti ələ keçirməyə, ərazi bütövlüyünü pozmağa, suverenlikdən imtinaya və konstitusiya quruluşunu zorakılıqla devirməyə açıq çağırışlar (Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə) üzrə açılıb.

Yada salaq ki, bir neçə gün əvvəl türkiyəli bloger Ogün Özdəmir İrəvandakı Respublika meydanından canlı yayımda “Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib” və “Azərbaycan torpağında olduğunu” bəyan edib. Bundan sonra o, Türkiyə telekanallarından birinə müsahibə verib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930