xebermen.az

Əvvəlcə döyüş planları, indi isə hərbi nöqtələr sızdırıldı: ABŞ-ı sarsıdan qalmaqal

2-04-2025, 12:33

 

ABŞ-da yüksək rütbəli təhlükəsizlik məmuru şəxsi elektron poçtundan hərbi məlumatlar göndərib. Bu, təhlükəsizlik zəifliyi ilə bağlı iddiaları gündəmə gətirib.

Bu barədə “The Washington Post” qəzeti yazıb.

İddialara görə, Milli Təhlükəsizlik Müşaviri Mayk Valsın köməkçisi şəxsi elektron poçt hesabından kritik məlumatlar göndərib. Belə ki, o, davam edən münaqişələrlə bağlı həssas hərbi yerlər və silah sistemləri daxil olmaqla digər dövlət qurumlarının əməkdaşları ilə məlumat paylaşıb.

Bildirilib ki, digər əməkdaşlar dövlət tərəfindən verilən ünvanlardan istifadə ediblər. Mütəxəssislərin fikrincə, məxfi sayılan məlumatları paylaşmaq üçün şəxsi e-poçtdan istifadə etmək risklidir.

Bundan əvvəl də Mayk Vals Somali və Ukrayna müharibələri ilə bağlı həssas məlumatları paylaşmaq üçün “Signal” kommunikasiya proqramında söhbət qrupu yaratmışdı. Yüksək rütbəli Amerika fiqurlarının da yer aldığı bu qrupda Yəməndə husilərə qarşı hücumlarda istifadə edilən silahlar və vurulacaq nöqtələr haqqında məlumatlar paylaşılmışdı.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930