xebermen.az

Ukraynanı yarıtdılar, indi də bu ölkəyə söz verirlər: Putinlə mübarizədə sizə...

2-04-2025, 12:20

 

"Avropa Rusiya prezidenti Vladimir Putinin ölkəyə təsir göstərmək cəhdlərinə qarşı mübarizədə Moldovaya kömək etməyə davam edəcək."

Bu sözü Almaniyanın xarici işlər naziri Annalena Berbok verib.

Onun sözlərinə görə, Moskva bu ilin payızında Moldovada keçiriləcək parlament seçkilərinə təsir etmək niyyətindədir.

Ölkəyə səfəri zamanı o, Putinin dezinformasiya, saxta xəbər kampaniyaları və səs satınalma yolu ilə “bir daha Moldovada demokratiya və azadlığı sarsıtmağa çalışacağını” bildirib.

Qeyd edək ki, martın 31-də Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin üç əməkdaşını “persona non-grata" ("arzuolunmaz şəxs") elan edib. Ölkənin hakimiyyət orqanları onların fəaliyyətinin respublika ərazisindəki diplomatik statuslarına zidd olduğunu bəyan ediblər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930