xebermen.az

İrəvandan şok KTMT qərarı: rəsmən imtina etdilər

31-03-2025, 10:55

 

Ermənistan Xarici İşlər Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə töhfə verməkdən imtina etdiyini açıqlayıb.

Bu barədə Ermənistan XİN-in açıqlamasında deyilir.

“Ermənistan tərəfi KTMT Katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamaqdan və müvafiq olaraq, təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkindiyi barədə rəsmi məlumat verib”, - XİN-dən bildiriblər.

Beləliklə, İrəvan təşkilatda faktiki iştirakını davam etdirməyəcək.

Bir gün əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, İrəvan KTMT ilə bağlı mövqeyinə yenidən baxmağı planlaşdırmır. "KTMT ilə bağlı nəyi nəzərdən keçirməliyik? Onun olub-olmamasına KTMT baxmalıdır", - Simonyan bildirib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031