xebermen.az

“Melissa Group”un rəsmi internet səhifəsi fəaliyyətini dayandırdı - Şirkətdən rəsmi açıqlama

28-03-2025, 11:19

 

“Melissa Group”un rəsmi internet səhifəsinin fəaliyyətində problem yaranıb, hazırda sayt giriş mümkün deyil.

Sözügedən məsələnin səbəbini dəqiqləşdirmək üçün Teleqraf şirkətlə əlaqə saxlayıb.

“Melissa Group”dan soruya cavab olaraq bildirildi ki, hazırda texniki problemlərdən dolayı şirkətin internet səhifələri fəaliyyət göstərmir.

Qeyd olunub ki, problem həll olunduqdan sonra saytlar aktivləşəcək.

"Sayt neçə gündür fəaliyyətini dayandırıb və bu Alatavadakı hadisə ilə bağlı ola bilərmi?" sualına isə cavab belə oldu:

"Biz bu barədə danışa bilmərik. Qeyd etdiyim kimi, texniki problem həll olunduqdan sonra sayt işə başlayacaq".

Ancaq şirkət texniki problemin mahiyyəti ilə bağlı suala cavab verməkdən imtina edib.

Xatırladaq ki, ötən gün saat 11 radələrində "Melissa Group" şirkətinin əməkdaşları Yasamal rayonu, Alatava ərazisində yaşayış evini içərisində sakinlər olmasına baxmayaraq, qanunsuz şəkildə sökməyə cəhd ediblər. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Faktla bağlı söküntü işləri aparan şirkətin rəhbəri, iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930