xebermen.az

13 yaşlı qızdan uşağı olan şəxsin azadlığa çıxması müzakirələrə səbəb oldu

26-03-2025, 15:25

 

“Neçə gündür Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı pedofildən dünyaya uşaq gətirməsi gündəmi zəbt edib”.

Bunu “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, həmin şəxs məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 152.4.1 maddəsinə uyğun olaraq 6 il azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti ilə şərti hesab edilərək Bakı İstintaq Təcridxanasında həbsdən azad edilib.

K.Ağazadə bildirib ki, indi 24 yaşlı oğlan həmin azyaşlı ilə bir evdə yaşayır və qızın 18 yaşı olanda nikah kəsəcəyini gözləyir:

“Ağcabədi Rayon İcra Hakimiyyəti guya nəzarətə götürüb. Azyaşlının ailəsi qızdan imtina edib”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930