xebermen.az

Britaniyadan Avropanı qorxudan xəbərdarlıq: Qaranlıq günlər gəlir

24-03-2025, 16:18

Avropanı daha qaranlıq günlər gözləyir və region ölkələri müdafiə xərclərini artırmalıdır.

 Böyük Britaniyanın baş naziri Key Starmer bu barədə “The New York Times”a (NYT) müsahibəsində bildirib .

“Hamımız sülh dividentləri ilə əyləndik, lakin indi Avropa daha qaranlıq bir dövrə keçir”, - Britaniya hökumətinin başçısı qeyd edib.

Eyni zamanda, Starmer "öz bəyanatı ilə heç kimi qorxutmaq istəmədiyini" vurğulayıb, lakin Avropanın müdafiə və təhlükəsizlik haqqında "daha ciddi" düşünməsi lazım olduğuna diqqət çəkib.

Fevralın 25-də Starmer bildirib ki , Böyük Britaniya hərbi xərcləri ÜDM-in 2 faizindən 2027-ci ilə qədər 2,5 faizədək artıracaq ki, bu da “soyuq müharibə”dən sonra ən böyük artımdır. Onun sözlərinə görə, eyni zamanda, krallıq digər ölkələrə ayırdığı yardımın həcmini ÜDM-in hazırkı 0,5 faizindən 2027-ci ildən 0,3 faizədək azaldacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930