xebermen.az

Putinin Trampa hədiyyə etdiyi portretin qiyməti nə qədərdir?

22-03-2025, 18:26

 

Rusiya prezidenti Vladimir Putinin Donald Trampa hədiyyə etdiyi portret əvəzsiz sənət əsəridir.

Bunu Rusiyanın xalq rəssamı Nikas Safronov deyib.

O, qeyd edib ki, müəlliflər, bir qayda olaraq, öz əsərlərinə şərh vermir və kimin üçün yaradıldığını gizlədirlər.

"Ümumiyyətlə, biz heç vaxt sifarişlərimizə münasibət bildirmirik, amma bir şeyi deyə bilərəm. Allaha şükür, Rusiyada çoxlu istedadlı insanlar, çoxlu sənətkarlar var.

Ona görə də ölkəmiz əsrlər boyu dünya mədəniyyətinə, incəsənətinə incilər bəxş edən ölkə kimi tanınır", - deyə rəssam vurğulayıb.

Rəsmin mümkün dəyəri barədə soruşduqda, Safronov lakonik şəkildə cavab verib: "Belə bir əsər çox güman ki, qiymətsizdir."

Sonda sənətçi əlavə edib ki, əgər kimsə müəllifi açıqlasa, vəziyyəti başqa cür şərh etməyə hazır olacaq.

“Yəni biz nə təkzib, nə də təsdiqləmişik, kimsə etiraf etsə, başqa cür şərh edəcəyik”, - Nikas Safronov qeyd edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930