xebermen.az

21 Mart Türkiyədə Bahar və Qardaşlıq bayramı elan ediləcək

21-03-2025, 23:02

 

Novruz bayramı İstanbulun Haliç Konqres Mərkəzində təntənəli şəkildə qeyd olunub.

Təntənəli bayram proqramında Türkiyənin dövlət rəsmiləri ilə yanaşı, diplomatik korpusun və Türkiyədəki türkdilli xalqların nümayəndələri, eləcə də Türk dövlətləri arasında ortaq fəaliyyət göstərən rəsmi qurumların rəhbərləri iştirak ediblər.

Tədbir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Novruz tonqalını alovlandırması ilə başlayıb.

Mərasimin bədii hissəsində türkdilli xalqların, o cümlədən Azərbaycanın milli musiqiləri səsləndirilib, rəqsləri nümayiş etdirilib.

Tədbirdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan martın 21-nin ölkədə Baharın və Qardaşlığı Bayramı Günü kimi təsis ediləcəyini açıqlayıb və bu günün birliyin rəmzi kimi Türk Dövlətləri Təşkilatı nəzdində, birgə qeyd olunmasını təklif edəcəklərini deyib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031