xebermen.az

Türkiyədə məktəblər BAĞLANDI: fövqəladə tədbirlər...

21-03-2025, 10:56

 

Türkiyənin bəzi bölgələrində təsirli olan intensiv qar yağışı səbəbilə təhsil müəssisələrində dərs prosesinə fasilə verilib.

 Şırnak, Van, Hakkari, Bitlis və Ağrı kimi bölgələrdə güclü qar və çovğun həyat şəraitini çətinləşdirib. Şagirdlərin və müəllimlərin təhlükəsizliyi nəzərə alınaraq bəzi məktəblərdə 21 mart tarixinə planlaşdırılan dərslər təxirə salınıb.

Şırnakın Beytüşşebap və Uludərə rayonlarında, Vanın Başkale və Bahçesaray rayonlarında, Hakkarinin mərkəzində və Yüksekova rayonunda, Bitlisin Hizan və Tatvan rayonlarında, eləcə də Ağrının Doğubayazıt rayonunda təhsil fasiləsi elan edilib.

Müvafiq valiliklər tərəfindən verilən qərarlara əsasən, bəzi bölgələrdə dövlət qurumlarında çalışan hamilə qadınlara və xroniki xəstəliyi olan işçilərə də idari məzuniyyət verilib.

Qeyd edək ki, qar yağışı və yolların buz bağlaması səbəbilə bəzən kənd yolları da bağlanır və Fövqəladə Hallar Komandaları ərazilərdə yardım fəaliyyətlərini davam etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930