xebermen.az

Bank kartlarından pul oğurlayan şəxslər saxlanıldı

20-03-2025, 23:15

 

Bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Xəzər rayonu ərazisində bir nəfərin bank kartından 2 310 manat oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı S.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Sumqayıt şəhərində də analoji hadisə baş verib. Qadına məxsus iki ədəd bank kartından ümumilikdə 791 manat oğurlamaqda şübhəli bilinən 19 yaşlı S.Şıxıyev saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30