xebermen.az

"Google" "Android" istifadəçilərini KÖMƏKSİZ QOYACAQ - Sevindirici xəbər də var

15-03-2025, 22:15

 

"Google", "Android" cihazlarında "Google Assistant" səsli köməkçisini "Gemini" adlı yeni süni intellekt köməkçisi ilə əvəz etməyi planlaşdırdığını açıqlayıb.

Bu barədə şirkətin bloqunda məlumat verilib.

Şirkət qarşıdakı bir neçə ay ərzində əksər istifadəçilərin yeni köməkçiyə keçməyini planlaşdırır. Bundan sonra "Google Assistant"a giriş əksər mobil cihazlarda və proqram mağazalarında dayandırılacaq.

Şirkət həmçinin təsdiqləyib ki, yeniləmələr planşetlərə, avtomobil sistemlərinə və qulaqlıq və smart saat kimi smartfonlara qoşulan cihazlara təsir edəcək. Bundan əlavə, "Gemini", dinamiklər, displeylər və televizorlar da daxil olmaqla, "Google"un ağıllı ev cihazları üçün əsas olacaq.

"Google", "Gemini"nin təqdimatına hazırlaşarkən, istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirildiyini vurğulayıb. "Android" cihazları üçün yeni funksiyalara artıq musiqi ifa etmək, taymerlərə dəstək və hərəkətləri birbaşa kilid ekranından idarə etmək imkanı daxildir.

Bu yeniliyin Azərbaycanda necə işləyəcəyi bəlli deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30