xebermen.az

Avropada RƏZALƏT: Putin bu dəfə "ABŞ prezidenti" oldu

15-03-2025, 22:14

 

Bir neçə televiziya kanalı səhvən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adını qeyd edərək, onu ABŞ prezidenti adlandırıb.

Bu barədə telekanalın izləyiciləri sosial şəbəkələrdən birində məlumat veriblər.

"Werndlstädter" ləqəbli isveçli sosial media istifadəçisi İsveçin SVT telekanalında Vladimir Putinə həsr olunmuş verilişdən kadr yerləşdirib. Eyni zamanda, rusiyalı siyasətçi Amerika Birləşmiş Ştatlarının prezidenti kimi təqdim edilib. Yazının müəllifi zarafat edib: “Yaxşı iş, SVT”.

Danimarka televiziyasında da oxşar səhvə yol verilib: "Putin ABŞ-ın prezidentidir".

"MorGus" ləqəbli danimarkalı istifadəçi "Danimarkanın "TV2news" telekanalına inanırsınızsa" başlığı ilə Rusiya dövlət başçısının ABŞ prezidenti adlandırıldığı telekanalın yayımının skrinşotunu paylaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930