xebermen.az

Trampın “savaşı 24 saata bitərərəm” vədi: Zarafat etdiyini açıqladı

15-03-2025, 17:52

 

ABŞ prezidenti Donald Trampın sabah yayımlanacaq “Full Measure” televiziya proqramına verdiyi müsahibənin treyleri paylaşılıb.

Anonsda Trampın Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində bitirəcəyinə dair vədi barədə suala cavabı yer alıb.

"Bunu istehza mənasında demişdim. Demək istədiyim o idi ki, bunu bitirmək istəyirəm və uğur qazanacağımı düşünürəm", - deyə Tramp bildirib.

Rusiyanın atəşkəsi qəbul etməyəcəyi ehtimalı ilə bağlı Tramp bunun “pis xəbər” olduğunu qeyd edib: "Ancaq düşünürəm ki, Putin bunu qəbul edəcək. Mən onu yaxşı tanıyıram və o, bunu qəbul edəcək".

Xatırladaq ki, Donald Tramp seçki kampaniyası zamanı Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində bitirə biləcəyini iddia etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30