xebermen.az

Deportasiya planı ortaya çıxdı: Fələstinliləri bu ölkələrə köçürəcəklər

14-03-2025, 16:08

 

ABŞ və İsrail fələstinliləri Qəzzadan çıxarmaq üçün üç Şərqi Afrika ölkəsinin səlahiyyətliləri ilə əlaqə saxlayıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, İsrail və ABŞ Donald Trampın Qəzza planına qarşı mübarizəni gücləndirib.

Tramp sülh razılaşmasından sonra bütün fələstinlilərin ən azı müvəqqəti olaraq Qəzzanı tərk etməli olduğunu və bölgəni “Yaxın Şərqin rivierası” edəcəyini iddia edib.

Trampın planına cavab olaraq Misir Amerika Administrasiyasına təqdim olunacaq yeni plan hazırlayıb və bu, Ərəb Birliyi tərəfindən dəstəklənib.

Misirin planı Qəzzanın fələstinliləri köçürmədən yenilənməsini nəzərdə tutur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031