xebermen.az

Bu “ASAN xidmət” mərkəzinin fəaliyyəti məhdudlaşdırılır

13-03-2025, 10:40

 

1 saylı Sumqayıt "ASAN xidmət" mərkəzinin fəaliyyəti qismən məhdudlaşdırılır.

"ASAN xidmət"dən verilən məlumata görə, bu, 16 mart - 7 aprel tarixlərində mərkəzdə aparılacaq zəruri təmir-bərpa işləri ilə əlaqədardır.

Bildirilib ki, vətəndaşlar qeyd olunan müddətdə mərkəzdə yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azəriqaz" İB, "Azərişıq" ASC, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən göstərilən, həmçinin güzəştli mənzillər və tərcümə xidmətlərindən yararlana bilərlər:

"Eyni zamanda mərkəzdə bütün xidmətlər üzrə hazır sənədlərin verilməsi həyata keçiriləcək. Vətəndaşlardan sözügedən müddətdə müvafiq xidmətlər üzrə 2 saylı Sumqayıt və digər "ASAN xidmət" mərkəzlərinə müraciət etmələrini xahiş edirik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930