xebermen.az

Moskva bu ölkəni nişan verdi: Rusiya üçün potensial təhlükədir

13-03-2025, 10:16

 

Finlandiya 1939-cu ildə olduğu kimi yenidən Rusiyaya qarşı potensial təcavüz üçün tramplinə çevrilir və hazırda NATO- nun himayəsi altındadır.

Bu barədə Rusiya prezidentinin köməkçisi və Hərbi Dəniz Qüvvələri Kollegiyasının sədri Nikolay Patruşev yerli mətbuata müsahibəsində bildirib.

O qeyd edib ki, Sovet-Fin müharibəsinin başlamasına səbəb olan hadisələrlə indiki vəziyyət arasında paralellər “həqiqətən də görünür”. Patruşevin sözlərinə görə, fin tarixşünasları hazırda 1939-1940-cı illər münaqişəsinin səbəblərini qəsdən təhrif edirlər. O

Daha əvvəl Finlandiyanın Helsinki Universitetinin professoru Tuomas Malinen Avropa ölkələrinin Rusiya ilə müharibə astanasında olduğunu bildirmişdi. Ekspertin fikrincə, ABŞ prezidenti Donald Trampın administrasiyası əməkdaşlıq üçün Moskva ilə münasibətlərin bərpasının ilkin mərhələsində olduğu halda, “Avropa dövlətlərinin çoxu Rusiya ilə müharibənin ilkin mərhələsindədir”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930