xebermen.az

Azərbaycanda bu şəxslərə də müavinət veriləcək

12-03-2025, 16:33

 

Terror hadisəsi ilə əlaqədar əlilliyə görə müavinət veriləcək.

Bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanına edilən dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl əlillik "ümumi xəstəlik", "hərbi xidmət dövründə xəstələnmə", "əmək zədəsi və peşə xəstəliyi", "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar", "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar" səbəbindən baş verdikdə əlilliyə görə müavinət təyin olunub. Müavinətin məbləği aşağıdakı kimidir:

- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 270 (iki yüz yetmiş) manat;

- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 220 (iki yüz iyirmi) manat;

- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 150 (yüz əlli) manat.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031