xebermen.az

Sürücülərin NƏZƏRİNƏ: sabah bu küçə bağlı olacaq

11-03-2025, 21:23

 

Sabah Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində təmir işləri aparılacaq. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, bu səbəbdən də saat 9:00-dan 23:00-dək sözügedən küçənin Abbas Səhhət küçəsindən Hənifə Ələsgərov küçəsinədək olan hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.   

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031