xebermen.az

Bu iki ölkə sərhəd sazişi imzalamağa hazırlaşır

11-03-2025, 14:57

 

Qırğızıstan və Tacikistan prezidentləri Sadır Japarov və Emoməli Rəhmon Bişkekdə gözlənilən görüşdə sərhəd sazişi imzalamaq niyyətindədirlər.

Bu barədə jurnalistlərə Qırğızıstan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev məlumat verib.

“Prezidentlərin birgə bəyanatının qəbul edilməsi, iki ölkə arasında dövlət sərhədi haqqında sazişin və digər ikitərəfli sənədlərin imzalanması planlaşdırılır”, - deyə o, Emoməli Rəhmonun martın 12-13-də Bişkekə gözlənilən dövlət səfərini şərh edərkən deyib.

Azımbakiyevin sözlərinə görə, səfər zamanı Tacikistan prezidenti Qırğızıstan parlamentinin sədri Nurlanbek Turqunbek və Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Adılbek Kasıməliyev ilə də görüşlər keçirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031