xebermen.az

ABŞ-dan etiraf gəldi: Rusiya Ukrayna müharibəsində bizi məğlub etdi

11-03-2025, 10:34

 

Vaşinqtonun Kiyevə verdiyi külli miqdarda silah, muzdlu əsgər və kəşfiyyat dəstəyinin heç bir faydası olmadığına diqqət çəkən məşhur jurnalist Karlson Rusiyanın Ukrayna münaqişəsində ABŞ-ı artıq məğlub etdiyini bildirib.

Amerikalı jurnalist Taker Karlson həmkarı Kris Kuomo ilə müsahibəsində bildirib ki, Vaşinqtonun Kiyev rejiminə göstərdiyi bütün hərbi yardımlara baxmayaraq, Rusiya Ukrayna münaqişəsində ABŞ-ı məğlub edib.

“Rusiya qalib gəldi. Bizi uddular. Əgər fikir vermisinizsə, Rusiya ABŞ da daxil olmaqla NATO-nu dördə bir nisbətində geridə qoyur. Beləliklə, biz müharibəni uduzduq və güc mövqeyindən danışıqlar aparmırıq. Bu, bizim üçün dəhşətli bir şeydir. Ukraynaya hərbi yardım, kəşfiyyat dəstəyi və bir çox ABŞ muzdlularının Ukrayna ordusunun tərəfində vuruşmasına baxmayaraq, ABŞ münaqişə zamanı öz zəifliyini nümayiş etdirib”,- amerikalı jurnalist deyib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930