xebermen.az

Bu təqaüdlər də artırıldı: Yeni artımlar da olacaq

10-03-2025, 15:16

 

Minimum əmək haqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınmaqdadır. Belə ki, bu ildən artımların reallaşdığı təqaüdlərdən biri də peşə hazırlığına cəlb olunmuş şəxslərə ödənilən vəsaitlərdir.

Bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

O bildirib ki, “Məşğulluq haqqında” qanuna əsasən, Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əmək haqqının 50 faizi məbləğində təqaüd verilir:

“2025-ci ilin yanvar ayından minimum əmək haqqı 325 manatdan 400 manatadək yüksəldiyindən bu təqaüd məbləği də artırılıb. Belə ki, əvəllər həmin vətəndaşlarımıza ödənilən aylıq məbləğ 162.5 manat idisə, indi həmin təqaud artırılaraq 200 manat olub. Bu o deməkdir ki, peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüd məbləği 14 faiz artırılıb.

Digər bir sıra təqaüdlərdə artımlarla bağlı təkliflər hazırda Nazirlər Kabineti tərəfindən hazırlanır. Təkliflərin bu ayın ikinci yarısında dövlət başçısına təqdim edilməsi gözlənilir. Yaxın zamanlarda bir sıra digər müavinət və təqaüdlərdə də artımlar olacaq”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930