xebermen.az

Paşinyan İranın başının altına “yastıq" qoydu: Sizə təhlükə yoxdur

5-03-2025, 10:07

 

Ermənistanın Qərblə münasibətləri İran üçün təhlükə yarada bilməz.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İran Dövlət Televiziyasına müsahibəsində deyib.

“Bizim digər ölkələrlə münasibətlərimizdə İran üçün heç bir təhlükə yoxdur və mən əminəm ki, İranın üçüncü ölkələrlə münasibətlərində Ermənistan üçün təhlükə yoxdur”, - Paşinyan deyib.

Paşinyan qeyd edib ki, iki ölkə arasında münasibətlər təbii maraqlara əsaslanır və strateji məntiqə uyğun inkişaf edir.

Baş nazir vurğulayıb ki, Ermənistan İranın maraqlarına həssasdır. “Ermənistan hakimiyyətinin qərbyönlü mövqeyinin İranla münasibətlərə mane olub-olmaması” ilə bağlı suala Paşinyan cavab verib ki, İrəvan balanslaşdırılmış və ədalətli xarici siyasət yürüdür. O, rəhbərlik etdiyi illərdə Ermənistan-İran münasibətlərinin dinamikasının əvvəlki illərdən heç də aşağı olmadığını, üstəlik, yaxşılaşdığını vurğulayıb.

Eyni zamanda, Paşinyan qeyd edib ki, 2018-ci ildən sonra İrəvan region ölkələri ilə bağlı siyasətə böyük diqqət yetirməklə yanaşı, Aİ ilə fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, Ermənistan hökuməti bu ölkələrin hər birinə hörmətlə yanaşır.

"Amma regional müxtəliflik təkcə Qərblə deyil, Şərqlə də inteqrasiya imkanı yaradır. Biz şərti Şərqlə münasibətlərimizin zəifləməsini istəmirik, əksinə, onları dərinləşdirmək istəyirik. Və bu kontekstdə İranla əlaqələr çox vacibdir. Biz İslam dünyası ilə də əlaqələrimizi dərinləşdirmək istəyirik", - o qeyd edib.

İran Qərb tərəfindən təhdid olunarsa, Ermənistanın necə hərəkət edəcəyi ilə bağlı suala cavab olaraq Paşinyan bildirib ki, İrəvan İslam Respublikasına qarşı yönəlmiş hərəkətlərdə iştirak etməyəcək.

Ermənistan və ABŞ arasında bu yaxınlarda imzalanmış strateji əməkdaşlıq müqaviləsi və onun həyata keçirilməsi imkanlarına gəlincə, Paşinyan bu sənədin ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb: həm qonşular, həm də region ölkələri üçün niyyətlərin şəffaflığını nümayiş etdirmək naminə.

"Ümid edirik ki, bu razılaşma həyata keçiriləcək və regionda nəinki təhlükələr artmayacaq, həm də imkanlar önə çəkiləcək", - o deyib.

Jurnalistin “ABŞ, bir qayda olaraq, öhdəliklərini yerinə yetirmir” fikrinə cavab olaraq, Paşinyan cavab verib ki, İrəvan həmişə regional maraqları nəzərə alır və bundan sonra da bu prinsipi rəhbər tutacaq.

Qeyd edək ki, İran ilk növbədə Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinə istinad edərək, regionda üçüncü qüvvələrin mövcudluğundan dəfələrlə narahatlığını bildirib. İran, Rusiya kimi, Ermənistan, Türkiyə, Azərbaycan və Gürcüstanın da daxil olduğu “3+3” formatında regional məsələləri müzakirə etməkdə israrlıdır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930