xebermen.az

Bakıda maşından meyit tapıldı: O da SPİRTDƏN ÖLÜB

3-03-2025, 21:25

 

Bakıda avtomobildən meyit tapılıb.

Hadisə Yasamal rayonu 2-ci Alatava yaşayış sahəsində qeydə alınıb. 

Həmin ünvanda yerləşən avtomobil təmiri sexinin qarşısında dövlət qeydiyyat nişanları olmayan "Hyundai" markalı avtomobilin içərisində naməlum kişi meyiti aşkar edilib. 

Araşdırmalar zamanı meyiti tapılan şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1987-ci il təvəllüdlü Faiz Vladimiroviç Bastrakov olması müəyyən edilib.

Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. 

Mərhumun spirtdən zəhərlənərək öldüyü ehtimal edilir. O, həmçinin narkotik vasitə aludəçisi olub.

Ölümün dəqiq səbəblərini müəyyən etmək üçün meyit müayinəyə aparılıb və müvafiq ekspertizalar təyin edilib. 

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır. 

Qeyd edək ki, son günlər Bakıda 20-dən çox adam spirtdən zəhərlənərək ölüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930