xebermen.az

Laportanın Bakıya səfərinin əsas məqsədi: SOCAR “Barselona”nın titul sponsoru olacaq? - EKSKLÜZİV

1-03-2025, 14:32

 

“Barselona”nın prezidenti Xuan Laporta qısa fasilədən sonra növbəti dəfə Azərbaycanda səfərdədir. İspaniya nəhənginin rəhbəri daha əvvəl BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana gəlmişdi.

Laportanın indiki səfərinin məqsədi tamam başqadır. Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması planlaşdırılır ki, funksioner bununla bağlı sənədləri imzalayacaq.

 İspaniya nəhənginin prezidenti eyni zamanda maliyyə baxımından ciddi çətinliklər yaşayan “Barselona”nın sıxıntısına “dərman” olmaq üçün Bakıda bəzi işgüzar görüşlər keçirməyi planlaşdırır.

Xuan Laporta ölkəmizin ən azı bir nüfuzlu şirkəti ilə əməkdaşlıq etməyi hədəfləyir. O, artıq bu məsələdə müsbət siqnallar alıb.

“Barsa” rəhbəri Azərbaycan futbolu ilə qarşılıqlı əməkdaşlığın daimi və uzunmüddətli olması üçün çalışır. Eyni zamanda, o, Azərbaycanın nəhəng brendlərindən birinin “Barselona”nın titul sponsoru olmasına da etiraz etmir. Onun planı illik dəyəri ən azı 20-30 milyon avro olan müqaviləyə nail olmaqdır.

Xuan Laportanın əməkdaşlıq etmək istədiyi şirkətlərdən biri SOCAR-dır. Buna səbəb şirkətin futbol və idmana yatırdığı vəsaitlərdir. SOCAR hazırda “Qalatasaray”ın titul sponsorudur. Şirkət eyni zamanda UEFA ilə də əməkdaşlığı ilə də Avropada tanınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930