xebermen.az

Türkiyə almaq istəyir, bu ölkə qarşı çıxır - İndi də İngiltərəyə təzyiq edirlər

27-02-2025, 11:36

 


Yunanıstanın müdafiə naziri Nikos Dendiasın bu həftənin əvvəlində İngiltərəyə səfəri zamanı Şərqi Aralıq dənizinin müdafiəsi ilə bağlı əməkdaşlıq müzakirə edilib.

Bu barədə Yunanıstanın “Kathimerin” qəzeti yazıb.

Məlumata görə, Dendias britaniyalı həmkarı Con Healey ilə görüşündə Türkiyəyə “Meteor” tipli raketlərin satılması ehtimalını da gündəmə gətirib. İngiltərənin “Eurofighter” satışında Türkiyə ilə əlaqədə mərkəzi rola malik olduğu və razılaşmanın “Meteor” raketlərinin satışına da yol açacağı bildirilib.

Yunanıstan mediasında Türkiyənin “Eurofighter” tipli döyüş təyyarələri və “Meteor” tipli raketlər almaq niyyətinin Afinanı narahat etdiyi qeyd olunub: "Bu kontekstdə Afina Ankaranın bütün planlarını hər səviyyədə arqumentlərlə əngəlləməyə çalışır, lakin bu, o dərəcədə də alınmır. Ən yüksək səviyyədə alınan qərar Türkiyənin “Eurofighter” və “Meteor” paketini almasına mane olmaq üçün bütün əlaqədar tərəflərə böyük təzyiq göstərməkdir".

Digər tərəfdən, hesabatda Ankaranın planlarını əngəlləmək səylərinin son dərəcə çətin olacağı bildirilib. Çünki müqavilənin 5 milyard avronu keçəcəyi və “Eurofighter” döyüş təyyarəsinin istehsal proqramını gücləndirəcəyi qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930