xebermen.az

Apteklərdə spirt satışı qadağan edilib? - Həkimdən vacib AÇIQLAMA

26-02-2025, 09:55

 

Fevralın 22-si və 23-ü tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin spirt qəbul edərək zəhərlənməsi ilə bağlı rəsmi xəbərlər yayılıb. Bu hadisədən sonra isə bəzi etil spirtlərin satışının ləğvi barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məsələ ilə əlaqədar Baku TV Sabunçu rayonunda olub.

Məlum olub ki, sözügedən ərazidəki apteklərdə həmin spirtlərin satışı ləğv edilib.

Texniki spirtlərin istehlakının fəsadlarına gəldikdə isə həkim Abbas Bağırov deyir ki, bu məhlulların 20 millilitr miqdarda qəbulu görmə sinirinin iflicinə səbəb olur, korluq yaradır:

"Daha artıq qəbulu isə tənəffüs çatışmazlığı, qıcolma vəziyyəti yaradır. Eyni zamanda, beyin qan dövranı pozulur və nəticədə ölüm halları baş verir".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, qurum tərəfindən texniki spirtin ləğvi barədə qərar verilməyib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930