xebermen.az

“Baku Medical Plaza”nın xarici mütəxəssislər üçün təlimləri başa çatdı

19-02-2025, 11:23

 

“Baku Medical Plaza” Klinikalar şəbəkəsinin “Medilux” filialında xarici mütəxəssislər üçün plastik cərrahiyə mövzusunda təlimlər başa çatıb.

“Baku Medical Plaza” Klinikalar şəbəkəsi plastik cərrahiyyə sahəsində müasir texnologiyaların tətbiqini genişləndirmək, yerli və xarici mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək istiqamətində mühüm layihələrini davam etdirir. 

Növbəti təlim Səhiyyə Nazirliyində akkreditasiyadan keçmiş “Azərbaycan Estetik Təbabət Assosiasiyası” İctimai Birliyi (www.aeta.az) və müasir lazer texnologiyalar sahəsində ixtisaslanmış Proline İnnovation Group şirkətinin tərəfdaşlığı ilə “Baku Medical Plaza”  “Medilux” klinikasında keçirilib. 

Estetik təbabət sahəsində “Radiodalğalı texnologiyalarla bədən konturlaması əməliyyatları” mövzusuna həsr olunan təlimdə Gürcüstandan və Rusiyadan 10-a yaxın mütəxəssis iştirak edib. 

Klinikanın plastik cərrahı Dr.Nərgiz Əhmədova iştirakçılara müasir radiodalğalı texnologiyaların tətbiqi ilə bədən konturlama üsulları barədə geniş məlumat verib. 

Təlim çərçivəsində plastik cərrahiyyə sahəsinin özəllikləri və müasir texnologiyaların tətbiqi mövzusunda müzakirələr aparılıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930