xebermen.az

Türkiyədə yeni silah sınaqdan uğurla çıxdı

17-02-2025, 21:21

 

Türkiyənin "Göksur" adlı yeni milli və yerli havadan müdafiə sistemi "Aselsan" tərəfindən hazırlanıb. Bu mühüm müdafiə layihəsi gəmi əleyhinə raketlərdən, silahlı/silahsız pilotsuz uçuş aparatları, döyüş təyyarələri və helikopterlərdən qorumaq üçün nəzərdə tutulub.

 "Göksur"un ilk atəş testi Sinop sahillərində baş tutub. "Beykoz" gəmisindən həyata keçirilən sınaq uğurlu olub. Bildirilir ki, yüksək performanslı "Bozdoğan" raketi və ikitərəfli məlumat əlaqəsi vasitəsilə "Göksur" Türkiyə Dəniz Qüvvələrinin ehtiyaclarını tam şəkildə qarşılayacaq.

360 dərəcə məhv etmə qabiliyyəti, yeni nəsil infraqırmızı axtarış başlıqlı idarəolunan mərmi, səthə yaxın uçan təhdidlərə qarşı yüksək effektivlik, süni intellekt dəstəkli atış idarəetmə sistemi kimi xüsusiyyətləri ilə "Göksur" Türkiyənin müdafiə qabiliyyətini üst səviyyəyə qaldıracaq. Bundan əlavə, yeni silah modulyar dizaynı sayəsində müxtəlif ölçülü platformalara asanlıqla inteqrasiya edilə biləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930