xebermen.az

Qızıl kəskin bahalaşdı - Bakıda son qiymətlər

15-02-2025, 15:17

 

Son dövrlərdə dünya bazarında qızılın qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Bu bahalaşma təkcə beynəlxalq bazarlarda deyil, həm də yerli qızıl satışı sektoruna öz təsirini göstərir.

Qızıl mağazalarından birinin sahibkarı Nadir Ağaverdiyev metbuat.az-a açıqlamasında bildirib ki, son bir ayda dünya birjasında 999 əyarlı qızılın 1 qramı 13 manat bahalaşıb:

"Bu tendensiya Bakı bazarına da təsir edib və təbii olaraq burada da qiymətlər artıb. Bahalaşma isə satışların zəifləməsinə səbəb olub və sahibkarlar üçün əlverişsiz vəziyyət yaradıb. Hazırda 750 əyarlı xaricdən gətirilən qızılın qramı 155 manata satılır, halbuki 10 gün əvvəl bu qiymət 148 manat idi. Türk istehsalı olan 585 əyarlı qızıl isə 118 manata təklif edilir".







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930