xebermen.az

Saleh Məmmədova yeni müavin təyin edildi

11-02-2025, 14:00

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədova yeni müavin təyin edilib.

Sözügedən vəzifəyə Əli Hacıyev gətirilib.

44 yaşlı Əli Sabir oğlu Hacıyev Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr və magistr təhsili alıb.

O, daha əvvəl SOCAR-da, İqtisadiyyat Nazirliyində, "AzerGold"da çalışıb. Ötən ildən AAYDA-da İnvestisiya Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

Əli Hacıyev fevralın 4-də Saleh Məmmədovun müavini təyin edilib.

Qeyd edək ki, fevralın 4-də Prezident İlham Əliyev “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” 18 oktyabr 2017-ci il tarixli və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 19 dekabr 2017-ci il tarixli fərmanlarında dəyişiklik edib.

Fərmana əsasən, Agentliyin İdarə Heyətinin (İH) üzvlərinin sayı 3-dən 4-ə, o cümlədən Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi İH sədrinin müavinlərini sayı 2-dən 3-ə çatdırılıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930