xebermen.az

"Telegram" istifadəçiləri üçün əla xəbər: Yeni videoyayım funksiyası gəlir

1-11-2024, 15:09

 

"Telegram" mesenceri video platforma olmaq yolunda ilk addımını atıb.

Bu barədə bu mesencerin qurucusu Pavel Durov özünün "Telegram" kanalında yazıb.

Sahibkarın sözlərinə görə, indiyədək "Telegram"da müxtəlif çat və kanallarda videolar paylaşıldığı formatda nümayiş etdirilirdi. Bu səbəbdən istifadəçilər telefonlarına gigabaytlarla məlumat endirilməsini və videoların tam yüklənməsini gözləmək məcburiyyətində qalırdılar. Bununla yanaşı, mesencerin təsisçisi vurğulayıb ki, hətta qısa yazılara baxanda belə problemlər yaranırdı.

"Bugünkü yeniləmə ilə "Telegram" serverləri populyar videoları bir neçə keyfiyyət variantına sıxışdıracaq və onları yayım üçün optimallaşdıracaq", - P.Durov qeyd edib.

O, aydınlaşdırıb ki, bu yenilik sayəsində mesencer konkret videonu hansı keyfiyyətdə göstərməyi avtomatik seçməyə başlayacaq. Bu prosesdə hər bir fərdi istifadəçinin cihazında internet bağlantısının sürəti əsas rol oynayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930