xebermen.az

Zirəddin "dəhşətli zəlzələ olacaq" dedi: Seysmoloji Xidmətdən reaksiya gəldi

23-01-2025, 15:11

 

Kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev yaxın günlərdə dəhşətli zəlzələ olacağı proqnozunu verib. Ekstrasens bu barədə Teleqram kanalında paylaşım edib.

“2021-ci ildən bu günə qədər zəlzələlərin olacağı proqnozunu verirdim. Eyni zamanda Türkiyədə baş verən dəhşətli zəlzələni də öncədən bildirmişdim. Çox təəssüf ki, 2025-ci il də bu siyahıdan kənar deyil. Bir həftə ərzində, xüsusilə də 23-24 yanvar tarixləri arasında zəlzələlər olma ehtimalı çox böyükdür. Əsasən də isti iqlimə sahib ölkələr daha çox risk altındadır”,- deyə o qeyd edib.

Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə əlaqə saxlayıb.

Qurumun informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı qeyd edib ki, zəlzələnin dəqiq proqnozu yoxdur:

“Dünyanın heç bir seysmoloqu, alimi zəlzələnin olacağı günü, ayı, saatı təyin edə bilməz. Hələ ki dünya seysmologiya elmi zəlzələnin dəqiq proqnozunu verə bilmir. Dünyanın hər yerində, xüsusilə də seysmoloji bölgələrdə hiss olunan, hiss olunmayan zəlzələr olur. Bu məlumatlar da mütəmadi olaraq paylaşılır ki, hər kəs görsün. Bir sözlə, falçılara şərh vermirik”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930