xebermen.az

Qan xərçənginə SON - İlk xəstə bu dərmanla müalicə olundu

22-01-2025, 09:41

 

Qan xərçəngi diaqnozu qoyulan ilk xəstə yeni rus dərmanı Utzhefra ilə müalicə kursunu uğurla başa vurub.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Hematologiya Mərkəzi məlumat yayıb.

Dərman Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Hematologiya Mərkəzində yaradılıb. Xəstəyə 12 və 13 dekabr 2024-cü il tarixlərində tətbiq edilib.. Qadın heç bir ciddi fəsadla üzləşməyib. O, bir həftə reanimasiya şöbəsində müşahidə altında olub, sonra gündüz xəstəxanasına köçürülüb.

Müayinə terapiyanın müsbət təsirini və yeni dərmanın təhlükəsizliyini təsdiqləyib.

Tədqiqata ümumilikdə 60 xəstənin cəlb ediləcəyi bildirilir. Dərman vurulandan sonra bir il ərzində onlar mütəmadi olaraq tibbi müayinədən keçəcəklər, qan analizləri aparılacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930