xebermen.az

Tələbələrə ŞAD XƏBƏR: Avtobuslarda GÜZƏŞT OLACAQ

21-01-2025, 17:44

 

Bir neçə ay əvvəl "TələbəPlus" kartları tələbələrin istifadəsinə verilib.

Bu kartlar universitetə giriş və çıxışı təmin etməklə yanaşı debet bank kartı və tələbələrin təqaüd kartı kimi də yararlıdır.

Əsas üstünlüyü imtiyaz və endirimlər təqdim etməsidir. Amma tələbələr bu fürsətin ictimai nəqliyyatda da rol oynamasını istəyirlər.

Onlar bildiriblər ki, yol xərcləri kifayət qədər çoxdur.

Təhsil üzrə mütəxəssislər isə düşünürlər ki, bir çox Avropa ölkələrinin təcrübəsində özünü doğruldan "nəqliyyatda tələbələrə güzəştlər"in ölkəmizdə də həyata keçirilməsi yaxşı olardı.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, müxtəlif əhali qruplarından olan şəxslərə ictimai nəqliyyatda güzəştli gediş haqlarının tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir. Yalnız bundan sonra sözügedən güzəştlər tətbiq oluna bilər.

Təhsilin İnkişaf Fondundan isə bildirildi ki, bu təkliflə bağlı müvafiq qurumlarla danışıqlar aparılır. Güzəştlərə daha çox tərəfdaşın qoşulması üçün yerli və beynəlxalq şirkətlərlə görüşlər keçirilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930