xebermen.az

Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına pasportlar veriləcək

18-01-2025, 22:03

 

Türkiyənin İğdır və Qars bölgələrində yaşayan və şəxsiyyəti təsdiqləyən sənədləri olmayan Azərbaycan vətəndaşlarına bu ildən etibarən pasportların verilməsinə başlanılacaq.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov yanvarın 18-də İstanbulda keçirilən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının ümumi yığıncağında bildirib.

Onun sözlərinə görə, 1990-cı illərdə Türkiyəyə köçmüş və indiyədək sənədsiz yaşayan soydaşlarımızın bir qismi pasportla təmin olunub: "Bu işdə dərnəklərin əvəzsiz xidmətləri olub. Proses davam etdirilir. Bu ildən etibarən İğdır və Qarsdakı sənədsiz azərbaycanlılar pasportla təmin olunacaq".

Azərbaycanla Türkiyə arasındakı əlaqələrdən də danışan F.Muradov söyləyib ki, iki ölkə böyük bir ailədir: "Türkiyə nadir dövlətdir ki, bizim xaricdə yaşayan həmyerlilərimizə həm maddi, həm də mənəvi dəstək verir. Bir çox məsələlərdə Türkiyə və Azərbaycan icması birlikdə addımlar atır".

O qeyd edib ki, Türkiyə və Azərbaycanın diaspor qurumlarının rəhbərləri arasında görüş olacaq: "Türkiyə və Azərbaycanın diaspor sahəsində indiyə qədər qazandığı təcrübə əsasında yeni konsepsiya hazırlanacaq".

Qeyd edək ki, Türkiyədə, xüsusuilə İstanbul şəhərində sənədsiz məskunlaşmış azərbaycanlıların hüquqi statusunun leqallaşdırılması məsələsi xeyli müddətidir ki, gündəmdədir. Belə ki, bir müddət öncə təxmini sayı mindən çox olan, 1990-cı illərdə Türkiyəyə köçmüş və hazırda orada qanunsuz məskunlaşmış azərbaycanlılarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin işçi qrupu yaradılıb, bu ailələr siyahıya alınıb. Növbəti mərhələdə onlara sənədlərin verilməsinə başlanılıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930