xebermen.az

Tramp Ukrayna ilə bağlı yeni plan təqdim etdi: Kiyev razılaşacaq?

7-11-2024, 10:02

 

Seçkilərdə qalib gələn ABŞ prezidenti Donald Trampın komandası Ukrayna münaqişəsinə son qoymaq üçün yeni planı müzakirə edir.

Bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Materialda qeyd edilir ki, Trampın keçid administrasiyası “indiki cəbhə xəttini dondurmağı” və hərbsizləşdirilmiş zona yaratmağı, eyni zamanda Ukraynanın 20 il ərzində Şimali Atlantika Alyansına qoşulmaqdan imtina edəcəyi təqdirdə Kiyevi silahla təmin etməyi planlaşdırır. Lakin qəzetin mənbələri zonanın təhlükəsizliyini kimin təmin edəcəyi ilə bağlı suala cavab verməyib.

Trampın komandasının adı açıqlanmayan üzvü ABŞ-ın “Amerikalı kişi və qadınları Ukraynada sülhü qorumaq üçün” göndərmədiyini vurğulayıb və bunu fransız, polyak, ingilis və almanların etməsini təklif edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30