xebermen.az

Pis xatirələri silmək mümkündür - Bu yolla

14-01-2025, 16:26

 

Yeni araşdırmaya əsasən artıq pis və travmatik xatirələri silmək mümkündür.

Bununla bağlı beynəlxalq tədqiqatçılar qrupu 37 iştirakçı ilə müşahidə aparıblar.

Tədqiqat zamanı insan xəsarətləri, təhlükəli heyvanlar, dinc mənzərələr və ya gülən uşaqlar kimi qarışıq şəkillərdən istifadə edilib.

Tətqiqat zamanı beyində emosional yaddaşın işlənməsi ilə əlaqəli olan teta dalğası aktivliyinin artdığı və müsbət siqnallar üçün əhəmiyyətli dərəcədə yüksək olduğu müşahidə edilib.

Bir neçə gün sonra aparılan sorğular iştirakçıların müsbət xatirələrlə qarışmış pis xatirələri daha az xatırladığını göstərib.

Tədqiqat hələ ilkin mərhələdə olsa da, bu metodun perspektivli olduğu bildirilir. Daha mürəkkəb xatirələrin real dünya şəraitində necə təşkil oluna biləcəyini və bu təsirlərin nə qədər davam edə biləcəyini araşdırmaq üçün araşdırmalar davam edir.

Araşdırmanın təfərrüatları “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30